Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Sənədli Filmlər

Naxçıvan MSSR Mədəniyyət Nazirliyi Xalq Yaradıcılığı və Mədəni-maarif işləri üzrə Elmi Metodiki Mərkəzin nəzdində yaradılmış “Gənclik” həvəskar kino studiyası

 Studiyanın yerləşdiyi bina Naxçıvan şəhər Mədəniyyət evi. (Ünvan Naxçıvan şəhəri Nizami küçəsi, şəhər Mədəniyyət və İstirahət Parkı). Fəaliyyət illəri: 1980-1986-cı illər.

Kino studiyanın rəhbəri həvəskar kino operator Feyruz Bağırov.

 

 Çəkilmiş filmlərin siyahısı

1) “Bahar”, rəngli, sənədli, göstərmə müddəti 9 dəqiqə, 1980-cı il

Film Naxçıvan şəhərindəki “Qızlar bulağı”nın gözəlliyindən və təbii mənzərəsindən bəhs edir. (Filmin rejissor-operatoru F.Bağırovdur.)

2) “Qız toyu”, rəngli, xronikal, göstərmə müddəti 12 dəqiqə, 1980-cı il

Film Naxçıvan kəndlərindəki folklor yaradıcılığını təcəssüm etdirməklə el adətlərini ekranda canlandıraraq, Babək rayonundakı Nehrəm kəndində toy mərasimindən bəhs edir. (Filmin rejissor-operatoru F. Bağırovdur.)

3) “Ordubad motivləri”, rəngli, sənədli, göstərmə müddəti 9 dəqiqə, 1981-ci il

Film Ordubad rayonundakı mənzərələrdən və həvəskar ovçuların təbiətə sevgisindən danışır. (Filmin rejissoru N.Əzizəliyev, operatoru F.Bağırovdur.)

4) “Kənddə”, ağ-qara, xronikal, göstərmə müddəti 12 dəqiqə, 1981-ci il

Film Şərur rayonundakı Arpaçayı vadisindəki kəndlərdən və zəhmətkeş insanlarından bəhs edir. (Filmin rejissor-operatoru F.Bağırovdur.)

5) “Bizim Mədəniyyət evində”, ağ-qara, sənədli-xronikal, göstərmə müddəti 12 dəqiqə, 1982-ci il

Film Naxçıvan şəhər Mədəniyyət evindəki fəaliyyət göstərən xalq teatrı və musiqi kollektivinin işindən bəhs edir. (Filmin rejissor-operatoru F. Bağırovdur.)

6) “Naxçıvan toyu”, ağ-qara, bədii-xronikal, göstərmə müddəti 12 dəqiqə, 1982-ci il

Film Naxçıvanın qədim folklor yaradıcılığını el şənlikləri ilə tamaşaçılara göstərir. Filmdə əsas iştirakçılar Naxçıvan Politexnik və Tibb məktəblərinin tələbələrinin özfəaliyyət kollektivləridir. Həmin film 1982 və 1983-cü illərdə Naxçıvan və Bakı şəhərlərində keçirilən həvəskar kino festivalında xüsusi mükafatla diploma layiq görülmüşdür. (Filmin rejissoru S.Qibləliyeva, operatoru F. Bağırovdur.)

7) “Yaz lövhələri”, rəngli, xronikal, göstərmə müddəti 8 dəqiqə, 1983-cü il

Film Naxçıvanın füsnkar gözəlliklərindən danışaraq yaşıla bürünmüş çəmənlikləri, çayları, çiçəkli bağları və uca dağ panaromasını göstərir. (Filmin rejissor-operatoru F. Bağırovdur.)

8) “Mahnı bayramı”, rəngli, sənədli, göstərmə müddəti 8 dəqiqə, 1984-cü il

Film Naxçıvan şəhərindəki Respublika stadionunda keçirilən el şənliklərindən bəhs edir. (Filmin rejissor-operatoru F.Bağırovdur.)

9) “Qış lövhələri”, rəngli, xronikal-sənədli, göstərmə müddəti 10 dəqiqə, 1985-ci il

Film Naxçıvan şəhərinin park və xiyabanlarının qarlı mənzərələrini özündə əks etdirir. (Filmin rejissoru N.Əzizəliyev, operatoru F.Bağırovdur.)

10) “20 ildən sonra”, rəngli, sənədli, göstərmə müddəti 20 dəqiqə, 1986-cı il

Film Naxçıvan şəhərində əsaslı mədəni-məişət quruculuğundan və insanların mədəni yaşayışından bəhs edir. Filmin rejissor-operatoru F.Bağırovdur.

Bundan başqa kino həvəskarı F.Bağırov əvvəlki illərdə sərbəst olaraq bir neçə sənədli-xronikal filmlər də çəkmişdir. Onlar “Tarla bahadırları” (ağ-qara, 10 dəqiqə) (kənd təsərrüfatı zəhmətkeşlərinin əməyindən danışılır), “Yeni ərzaq mağazası” (rəngli, 10 dəqiqə) (şəhər qasdranomunun açılışı göstərilir), “Ədəbiyyat muzeyi” (ağ-qara, 10 dəqiqə) (Naxçıvanda Ədəbiyyat muzeyinin açılışı münasibətilə), “71-ci ilin qışı” (ağ-qara, 20 dəqiqə) (müharibə veteranını şöhrət ordenli B.Bağırovun həyatından), “Bizim ailə” (ağ-qara, 15 dəqiqə) (hərbi xidməti başa vuran gənc ailənin həyatından), “Naxçıvanda bayram”(ağ-qara, 10 dəqiqə) (Naxçıvan şəhərindəki 1 May bayram şənlikləri) və s.