Mədəniyyət xadimi

FeyruzBağırov

Rəssam · Coğrafiyaşünas · Araşdırmaçı yazar · Foto və Kino həvəskarı

01

Bioqrafiya

Feyruz Bağırov — Araşdırmaçı yazar, Naxçıvan, 1946–2016 Naxçıvan, 2009
1946

16 may tarixində Naxçıvan şəhərində anadan olmuşdur.

1963

H. Cavid adına 5 saylı orta məktəbi bitirmişdir.

1963–1964

Peşə məktəbini oxuyaraq kino mexaniki kursunu bitirmişdir.

1964–1965

Şəhər kinoteatrında kinomexanik vəzifəsində işləmişdir.

1965–1967

Hərbi xidmətdə qulluq etmişdir.

1967–1970

Kənd Təsərüffatı Texnikumunu oxuyaraq "Aqronom-aqrokimyaçı" ixtisasını almışdır.

1968–1973

Moskva Xalq İncəsənət Universitetini qiyabi oxuyaraq "Dəzgah rəssamı və qrafika ustası" ixtisasını almışdır.

1976–1981

Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoji İnstitutunda "Təbiət-coğrafiya müəllimi" ixtisası almışdır.

1981–1988

Naxçıvan MR Mədəniyyət Nazirliyinin Elmi-Metodik Mərkəzində işləmişdir.

1988–1991

Naxçıvan şəhər 3 saylı məktəbdə müəllim işləmişdir.

1991–2002

Estetik Tərbiyə Mərkəzində Şöbə müdiri vəzifəsində işləmişdir.

2005–2015

Naxçıvan MR Mədəniyyət Nazirliyinin Elmi-Metodik Mərkəzində Şöbə müdiri vəzifəsində çalışmışdır.

2016

19 dekabr tarixində Naxçıvan şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.

Feyruz Bağırov muxtar respublikanın ərazilərində olan bir sıra tarixi abidələrlə bağlı axtarışları, tariximizə əsl vətəndaş mövqeyindən yanaşması diqqəti çəkir. Xüsusilə də onun müqəddəslik simvolu olan ziyarətgahların qorunub saxlanması və təbliğ olunması ilə bağlı dövrü mətbuatda araşdırmaları səciyyəvidir.
03

Kitablar

Raf Tahtası
05

Sənədli Filmlər

Кварц 1×8С-2 — 8 mm kino kamera

“Feyruz Bağırov — film” həvəskar kinostudiyası

1963-cü ildən — 8 mm-lik kino xronikası

“F.B. (Feyruz Bağırov) film” adı ilə həvəskar kino studiyası 1963-cü ildə yaradılaraq və şəxsi həyətimizin şimal-şərq tərəfində (bazar çayının kənarında) “İVS-1” adlı kino klubunu tikib istifadə etdik. On ildən sonra həmin kino klubdan təsərrüfat binası kimi istifadə olunsa da sonradan üstü sökülərək və yerində elektrik su nasosu qoyuldu. Buna da səbəb o olmuşdur ki, (aşağı dəyirman söküldüyü üçün) həyətin ortasından keçən arxa su gəlmirdi. (ətraflı bax: Feyruz Bağırov, “Xatırlanan ömür” kitabı)

1963-cü ildən çəkilmiş filmlərim, hərbi qulluğa gedəndən sonra laqeydlikdən lentin perforasiya cığırı (dəliklər) yararsız hala düşmüşdür. Sonrakı illərdə baxmaq üçün kimlərə isə verilmiş bir neçə filmlər geri qaytarılmamışdır. Həmin filmlərdən yalnız ikisi “Naxçıvan ədəbiyyat muzeyi” adlı 10 dəqiqəlik ağ-qara təsvirdə olan film Ədəbiyyat Muzeyinə (direktoru İ. Əsədullayev) və ikincisi isə “Balbas qoyunçuluğu” adlı elmi sənədli tədris film isə, Kənd Təsərrüfatı Texnikumuna (direktor C. Bağırov) hədiyyə verilmişdir.

1970-ci ildə çəkilmiş “Uşaq texniki dərnəkləri” adlı 20 dəqiqəlik tədris filmi isə Gənc Texniklər Stansiyasına (direktoru Ə. Nəzərov) o vaxtkı Naxçıvan MSSR Xalq Maarifi Nazirliyi işçilərinə (nazir müavini Ə. Hüseynov) göstərmək üçün, “Kino həvəskarı” dərnəyində qalmışdır. Şəxsi arxivdə olmayan 8 mm-lik filmlərin adlı siyahısı aşağıdakılardır:

📂 Arxivdə olmayan filmlər (8 mm)

  1. 1964
    Məhəllə uşaqları. ağ-qara, komik · 10 dəqiqə
  2. 1965
    Pambıqçı qızlar. ağ-qara, xronikal · 10 dəqiqə
  3. 1967
    Ərzaq dükanının açılışı. rəngli, xronikal · 10 dəqiqə
  4. 1967
    Naxçıvan ədəbiyyat muzeyi. ağ-qara, xronikal · 10 dəqiqə
  5. 1968
    Balbas qoyunçuluğu. ağ-qara, sənədli-tədris, elmi məsləhətçisi baytarlıq elmləri namizədi C. Bağırov · 20 dəqiqə
  6. 1969
    Uşaq texniki dərnəkləri. ağ-qara, tədris · 20 dəqiqə
  7. 1970
    On dəqiqə İrəvanda. rusca, ağ-qara, sənədli · 10 dəqiqə
🎞️ Naxçıvan MSSR Mədəniyyət Nazirliyi Xalq Yaradıcılığı və Mədəni-maarif işləri üzrə Elmi Metodiki Mərkəzin nəzdində yaradılmış “Gənclik” həvəskar kino studiyası
Studiyanın yerləşdiyi bina
Naxçıvan şəhər Mədəniyyət evi
Ünvan
Naxçıvan şəhəri Nizami küçəsi, şəhər Mədəniyyət və İstirahət Parkı
Fəaliyyət illəri
1980–1986-cı illər
Kino studiyanın rəhbəri
Həvəskar kino operator Feyruz Bağırov

🎬 Çəkilmiş filmlərin siyahısı

  1. 1“Bahar”rəngli, sənədli · 9 dəqiqə · 1980

    Film Naxçıvan şəhərindəki “Qızlar bulağı”nın gözəlliyindən və təbii mənzərəsindən bəhs edir. (Filmin rejissor-operatoru F.Bağırovdur.)

  2. 2“Qız toyu”rəngli, xronikal · 12 dəqiqə · 1980

    Film Naxçıvan kəndlərindəki folklor yaradıcılığını təcəssüm etdirməklə el adətlərini ekranda canlandıraraq, Babək rayonundakı Nehrəm kəndində toy mərasimindən bəhs edir. (Filmin rejissor-operatoru F. Bağırovdur.)

  3. 3“Ordubad motivləri”rəngli, sənədli · 9 dəqiqə · 1981

    Film Ordubad rayonundakı mənzərələrdən və həvəskar ovçuların təbiətə sevgisindən danışır. (Filmin rejissoru N.Əzizəliyev, operatoru F.Bağırovdur.)

  4. 4“Kənddə”ağ-qara, xronikal · 12 dəqiqə · 1981

    Film Şərur rayonundakı Arpaçayı vadisindəki kəndlərdən və zəhmətkeş insanlarından bəhs edir. (Filmin rejissor-operatoru F.Bağırovdur.)

  5. 5“Bizim Mədəniyyət evində”ağ-qara, sənədli-xronikal · 12 dəqiqə · 1982

    Film Naxçıvan şəhər Mədəniyyət evindəki fəaliyyət göstərən xalq teatrı və musiqi kollektivinin işindən bəhs edir. (Filmin rejissor-operatoru F. Bağırovdur.)

  6. 6“Naxçıvan toyu”ağ-qara, bədii-xronikal · 12 dəqiqə · 1982

    Film Naxçıvanın qədim folklor yaradıcılığını el şənlikləri ilə tamaşaçılara göstərir. Filmdə əsas iştirakçılar Naxçıvan Politexnik və Tibb məktəblərinin tələbələrinin özfəaliyyət kollektivləridir. Həmin film 1982 və 1983-cü illərdə Naxçıvan və Bakı şəhərlərində keçirilən həvəskar kino festivalında xüsusi mükafatla diploma layiq görülmüşdür. (Filmin rejissoru S.Qibləliyeva, operatoru F. Bağırovdur.)

  7. 7“Yaz lövhələri”rəngli, xronikal · 8 dəqiqə · 1983

    Film Naxçıvanın füsnkar gözəlliklərindən danışaraq yaşıla bürünmüş çəmənlikləri, çayları, çiçəkli bağları və uca dağ panaromasını göstərir. (Filmin rejissor-operatoru F. Bağırovdur.)

  8. 8“Mahnı bayramı”rəngli, sənədli · 8 dəqiqə · 1984

    Film Naxçıvan şəhərindəki Respublika stadionunda keçirilən el şənliklərindən bəhs edir. (Filmin rejissor-operatoru F.Bağırovdur.)

  9. 9“Qış lövhələri”rəngli, xronikal-sənədli · 10 dəqiqə · 1985

    Film Naxçıvan şəhərinin park və xiyabanlarının qarlı mənzərələrini özündə əks etdirir. (Filmin rejissoru N.Əzizəliyev, operatoru F.Bağırovdur.)

  10. 10“20 ildən sonra”rəngli, sənədli · 20 dəqiqə · 1986

    Film Naxçıvan şəhərində əsaslı mədəni-məişət quruculuğundan və insanların mədəni yaşayışından bəhs edir. (Filmin rejissor-operatoru F.Bağırovdur.)

Bundan başqa kino həvəskarı F.Bağırov əvvəlki illərdə sərbəst olaraq bir neçə sənədli-xronikal filmlər də çəkmişdir. Onlar “Tarla bahadırları” (ağ-qara, 10 dəqiqə) (kənd təsərrüfatı zəhmətkeşlərinin əməyindən danışılır), “Yeni ərzaq mağazası” (rəngli, 10 dəqiqə) (şəhər qasdranomunun açılışı göstərilir), “Ədəbiyyat muzeyi” (ağ-qara, 10 dəqiqə) (Naxçıvanda Ədəbiyyat muzeyinin açılışı münasibətilə), “71-ci ilin qışı” (ağ-qara, 20 dəqiqə) (müharibə veteranını şöhrət ordenli B.Bağırovun həyatından), “Bizim ailə” (ağ-qara, 15 dəqiqə) (hərbi xidməti başa vuran gənc ailənin həyatından), “Naxçıvanda bayram” (ağ-qara, 10 dəqiqə) (Naxçıvan şəhərindəki 1 May bayram şənlikləri) və s.

🎬 Feyruz Bağırovun arxivində saxlanılmış 8 mm-lik filmlər

  1. 1967
    Bizim ailə. ağ-qara, xronikal · 13 dəqiqə
  2. 1968
    Qız toyu. rəngli, xronikal · 8 dəqiqə
  3. 1971
    70-ci ilin qışı. ağ-qara, xronikal · 10 dəqiqə
  4. 1982
    Yazda. rəngli, musiqili · 8 dəqiqə
  5. 1971
    Kənddə. ağ-qara, xronikal · 15 dəqiqə
  6. 1970
    Bahar. rəngli, musiqili · 3 dəqiqə
  7. 1981
    Mahnı bayramı. rəngli, sənədli-xronikal · 5 dəqiqə
  8. 1982
    Qış lövhələri. rəngli, xronikal · 7 dəqiqə
  9. 1982
    Bizim mədəniyyət evində. ağ-qara, sənədli-xronikal · 10 dəqiqə
  10. 1982
    Naxçıvan toyu. ağ-qara, sənədli-xronikal · 9 dəqiqə
  11. 1993
    20 ildən sonra. rəngli, sənədli-xronikal · 17 dəqiqə
Raf Tahtası
06

Qəzet və Jurnallar

Raf Tahtası
07

Kataloqlar

Raf Tahtası
08

Elektron Kataloq

Raf Tahtası
09

Fəxri Fərmanlar

11

Əlaqə