Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Bioqrafiya

Feyruz Abdulla oğlu Bağırov 1946-cı ilin 16 may tarixində Naxçıvan şəhərində anadan olmuşdur.

1963-cü ildə H. Cavid adına 5 saylı orta məktəbi bitirmişdir.

1963-64-cü illərdə Peşə məktəbini oxuyaraq kino mexaniki kursunu bitirmişdir.

1964-65-ci illərdə şəhər kinoteatrında kinomexanik vəzifəsində işləmişdir.

1965-67-ci illərdə hərbi xidmətdə qulluq etmişdir.

1967-70-ci illərdə Kənd Təsərüffatı Texnikumunu oxuyaraq “Aqronom-aqrokimyaçı” ixtisasını almışdır.

1968-73-cü illərdə Moskva Xalq incəsənət Universitetini qiyabi oxuyaraq “Dəzgah rəssamı və qrafika ustası” ixtisasını almışdır.

1976-81-ci illərdə Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoji İnstitutunda oxuyaraq “Təbiət-coğrafiya müəllimi” ixtisası almışdır.

1981-88-ci illərdə Naxçıvan MR Mədəniyyət Nazirliyinin Elmi-Metodik Mərkəzində işləmişdir.

1988-91-ci illərdə Naxçıvan şəhər 3 saylı məktəbdə müəllim işləmişdir.

1991-2002-ci illərdə Estetik Tərbiyə Mərkəzində Şöbə müdiri vəzifəsində işləmişdir.

2005-ci ildən Naxçıvan MR Mədəniyyət Nazirliyinin Elmi-Metodik Mərkəzində Şöbə müdiri vəzifəsində işləyir.

Evlidir, 3 uşaq atasıdır.