:: NuhYurdu ::

Feyruz bağIrov`un şəxsİ saytIna xoş gəlmİsİnİz!

        Feyruz Bağırov Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzində çalışır. Onun muxtar respublikanın ərazilərində olan bir sıra tarixi abidələrlə bağlı axtarışları, tariximizə əsl vətəndaş mövqeyindən yanaşması diqqəti çəkir. Xüsusilə də onun müqəddəslik simvolu olan ziyarətgahların qorunub saxlanması və təbliğ olunması ilə bağlı dövrü mətbuatda araşdırmaları bu cəhətfən səciyyəvidir. Qeyd edək ki, F.Bağırov bu axtarışlarının böhrəsini olan "Ziyarətnamə" adlı kitabla bir neçə il əvvəl oxucuların görüşünə gəlib. Müəllifin bu günlərdə "Nuh yurduna ziyarət" və "Naxçıvanın Təbii Sərvətləri" adlı iki kitabı da işıq üzü görüb.

        "Nuh yurduna ziyarət" kitabında muxtar respublikadakı tarixi və arxeoloji abidələrlə yanaşı ziyarətgahlar, insanların inanc yerləri olan pirlər barədə məlumat verilir. Müəllif uzun illər davam etdirdiyi xeyirxah işində muxtar respublikanın bütün rayon və kəndlərini addım-addım gəzmiş, maraqlı və zəngin faktlar əldə etmişdir.

         Muxtar Respublikanın təbii sərvətləri həm də bölgə iqtisadiyyatının gücləndirilməsində mühüm əhəmiyyət kəsb edən milli sərvətimizdir. Doğma diyarın təbiəti, yeraltı və yerüstü sərvətləri barədə bəhs edən Feyruz Bağırovun bir neçə illik gərgin əməyinin bəhrəsi olan "Naxçıvanın Təbii Sərvətləri" adlı kitabında yuxarıda bəhs olunan məsələlərə aydınlıq gətirilir, çoxlarımız üçün tanış olmayan sərvətlərdən söhbət açılır.